с (со)
пред. 1.("haradan?" sualına) -dan(-dən); üstündən, üzərindən; упасть с крыши damdan yıxılmaq; встать с места yerindən durmaq; письмо с родины vətəndən məktub; убрать посуду со стола qab-qacağı stolun üstündən götürmək (yığışdırmaq);2.(bir şeyin başlandığı momenti göstərdikdə) -dan(-dən); с детства uşaqlıqdan; с самого утра səhər tezdən; с первых же дней lap birinci gündən;3.("kimdən?", "nədən?" sualına) -dan(-dən); урожай с гектара hər hektardan alınan məhsul; получить с кого-н. деньги birindən pul almaq;4.("nəyə əsasən?" sualına) ...ilə, -la(-lə); с разрешения директора direktorun icazəsi ilə; с вашего согласия sizin razılığınızla;5.(səbəb bildirdikdə) -dan(-dən); сказать со злости acıqdan söyləmək; с перепугу qorxudan; с горя dərddən;6. ... qədər, ...yaxın, ...kimi, -dək, təxminən; прожил в деревне с месяц bir aya qədər kənddə yaşadım; с неделю bir həftəyədək; с минуту bir dəqiqəyə kimi;7.(bir şeyin böyüklüyünü, oxşarlığını, bərabərliyini göstərdikdə) ...boyda, ...böyüklükdə, oxşar; ростом с меня mən boyda; мальчик с пальчик barmaq boyda uşaq, cırtdan uşaq; с булавочную головку sancağın başı böyüklükdə;8.(birgəlik, rabitə, yanaşılıq bildirdikdə) ...ilə, -la(-lə); отец с сыном ata ilə oğul (ata-bala); я виделся с приятелем mən dostumla görüşdüm; взять с собою özü ilə götürmək;9.(bir şeyin varlığını, bir şeyin nəyə malik olduğunu göstərdikdə) -lı(-li), -lu(-lü); платок с бахромой saçaqlı örpək; чай с лимоном limonlu çay; шкаф с зеркалом güzgülü şkaf;10.(bir şeyin vasitəsilə) ilə, -la(-lə); уехать с утренним поездом səhər qatarı ilə getmək; послать с курьером kuryerlə göndərmək;11.(işin hansı şəraitdə cərəyan etdiyini göstərdikdə) -la(-lə); слушать с улыбкой təbəssümlə dinləmək (gülümsəyə-gülümsəyə dinləmək); читать с удовольствием məmnuniyyətlə oxumaq; найти с трудом çətinliklə tapmaq;12. ... münasibətilə, ...görə; поздравить с наградой mükafat almaq münasibətilə təbrik etmək;13.-ca(-cə) şəkilçisi ilə ifadə olunur; с годами взгляды меняются illər keçdikcə görüşlər də dəyişir; с возрастом характер исправился yaşa dolduqca xasiyyəti də düzəldi;14. bə'zi hallarda tərcümə olunmur;уйти ни с чем əliboş getmək; у него плохо с сердцем onun ürəyi yaxşı deyil;15.-a[-ə], -u[-ü] şəkilçiləri ilə ifadə olunur; что с ним стало? ona nə oldu?